Zaqatalada qəza: Minik avtomobillər bir-birinə toqquşdu
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Patrul.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, minik avtomobillərinin toqquşması zamanı bir-neçə nəfər xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır. (APA)






