media-2ec943d1-4c16-427f-acb5-d2a72d694e3a

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Fiat Doblo” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə “Fiat”da olan sərnişin hadisə yerində ölüb. Daha 3 nəfər – Tahirə Kərimova (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyev (1996) isə xəsarət alıb.

Qəzada vəfat edən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

media-qezzzaaaassdddddddd1


Bənzər xəbərlər