3 gündür axan su, görülməyən tədbir - Ramanada biganəlik hökm sürür - VİDEO
Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, Seyid Əzim Şirvani küçəsində artıq 3 gündür su borusunun partlaması ciddi problemə çevrilib.
Vətəndaşın Patrul.az-a bildirdiyinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, indiyədək əraziyə gələn olmayıb və heç bir tədbir görülməyib. Nəticədə fasiləsiz axan su ətraf əraziləri basıb, artıq bəzi evlərə doğru yayılmağa başlayıb.
Yaranmış vəziyyət həm su israfına, həm də sakinlərin gündəlik həyatında ciddi çətinliklərə səbəb olur. Əhali məsul qurumların operativ müdaxilə etməsini və problemin qısa zamanda aradan qaldırılmasını tələb edir.






