media-img_8690

Bəşəriyyətin ən dəhşətli faciələrindən biri Qəzzada yaşanmaqda davam edir.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin qırğınları nəticəsində bölgədə 2 illik müddətdə 38 min uşağın yetim qaldığı, 4 min 417 uşağın anasını, 2 min uşağın isə həm anasını, həm də atasını itirdiyi açıqlanıb. Yaralıların sayının 100 minə yaxınlaşdığı Qəzzada həyatını itirənlərin yüzdə 70-i uşaq və qadınlardır. Bölgədə İsrailin hücumlarında 14 mindən çox qadının ərini itirdiyi təxmin edilir və həyatını itirənlərin sayının rəsmi rəqəmin ən az iki qatı ola biləcəyi ifadə edilir. İki il ərzində ən ağır dağıntıların və ölümlərin yaşandığı Şimali Qəzzada 25 min bina sionist rejim tərəfindən yerlə-yeksan edilib, Qəzza mərkəzi kimi tanınan Deyr əl-Bələh, Zeytun və Şücaiyyədə isə 15 mindən çox ev xarabalığa çevrilib. Xan Yunus və Rəfah Qapısının yerləşdiyi Qəzzanın cənubundakı Şucaiyye məhəlləsində, Tuffah və Dəracda kütləvi məzarlıqlar aşkar edilərkən, hətta məktəblər və məscidlər də bombalanıb.


Bənzər xəbərlər