44 günlük Vətən müharibəsinin I qrup əlili Musayev Gündüz Qaz İdarəsinə etdi
Bərdə rayon sakini, 44 günlük Vətən müharibəsinin I qrup əlili Musayev Gündüz ərazi üzrə qaz idarəsinin ona çıxarış (kupça) almaq üçün rəy vermədiyini bildirir.
Patrulaz.az-ın məlumat verir ki, Bərdə rayonunun Səməd Vurğun küçəsi, ev 33 ünvanında yerləşən tikili təxminən 25 ildir mövcud olduğu və əl damı kimi istifadə olunduğu bildirilib. 2017-2018-ci illərdə isə həmin ünvana qaz xətti çəkilib. Hazırda o, tikilini sənədləşdirib mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir. Lakin aidiyyatı qurumların rəyi tələb olunan mərhələdə qaz idarəsinin mövcud qaz xəttinə görə mənfi cavab verilir.
Musayev Gündüz “Patrulaz.az” vasitəsilə “Azəriqaz” İstehsalat Birliyi və müvafiq dövlət qurumlarına müraciət edərək problemin həllini istəyir. O, qaz xəttinin çəkilməsinə baxmayaraq, bu ünvana çıxarış almaq üçün rəy verilməməsinin səbəbini izah etmələrini və məsələnin qanun çərçivəsində həll olunmasını xahiş edir.