media-img_6322

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 43B ünvanında fiziki şəxs Behbudova Vüsalə Tahir qızına məxsus “VİP” şirniyyat istehsalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Patrulaz.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi tələblərinin ciddi şəkildə pozulduğu aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.


Bənzər xəbərlər