ABŞ-da fəlakətin qarşısı alındı!
ABŞ-ın Çikaqo Midvey Beynəlxalq Hava Limanına enən “Southwest Airlines”a məxsus sərnişin təyyarəsi qüllədən icazə almadan uçuş-enmə zolağına daxil olan şəxsi təyyarə ilə toqquşmaqdan son anda qurtulub.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Hava limanına enən “Southwest Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi qüllədən icazəsiz uçuş-enmə zolağına daxil olan şəxsi təyyarəni vurmaqdan çətinliklə yayınıb və uçuş-enmə zolağından yan keçib. Nebraska ştatının Omaha şəhərindən Çikaqoya gələn sərnişin təyyarəsinin hadisədən sonra problemsiz eniş etdiyi bildirilib. Bildirilib ki, “Bombardier Challenger” 350 tipli şəxsi təyyarə Tennessi ştatının Knoxville şəhərinə uçub.
ABŞ mətbuatında yer alan xəbərlərdə qüllənin şəxsi təyyarənin pilotuna uçuş zolağı kəsmədən gözləmə təlimatı verdiyi, lakin pilotun təlimata əməl etmədiyi və qüllə tərəfindən yenidən uçuş-enmə zolağı kəsilmədən gözləməsi barədə xəbərdarlıq edildiyi bildirilib.