media-2eb22f2c-6d9a-4b6e-b2fd-5e356431fe81

Güzdək-Buta yolunda “99-FE-221” dövlət nömrə nişanlı yük avtomobili təhlükəli şəkildə hərəkət edib.

Patrulaz.az-a göndərilən görüntülərdə, avtomobilin yükü lazımi qaydada örtülmədiyi üçün yola qum və çınqıl səpələnərək hərəkət etiyi öz əksini tapır. Bu hal həm arxadan gələn sürücülərin yolu görməsinə mane olub, həm də yol örtüyünün çirklənməsinə səbəb olub.
Sürücülər Dövlət Yol Polisindən yüklərin düzgün daşınmasına nəzarətin artırılmasını və belə hallara qarşı tədbir görülməsini xahiş edirlər.


Bənzər xəbərlər