İranın xarici işlər naziri Abbas Erakçi və rusiyalı həmkarı Sergey Lavrov paytaxt Tehranda regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Erakçi Tehrana səfər edən Rusiya xarici işlər naziri Lavrovla görüşüb. İkili ilə nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra baş tutan birgə mətbuat konfransında danışan Erakçi Lavrovla regional və beynəlxalq mövzularda ətraflı və məhsuldar görüşlər keçirdiklərini bildirib.
ABŞ-ın Qəzzada fələstinliləri zorla köçürmə planını tamamilə rədd etdiklərini bildirən Erakçi, İslam Əməkdaşlıq Təşkilatının bu mövzuda yaxın vaxtlarda görüşəcəyini bildirib.