media-15164955-19bd-474f-a359-9067e170b8af

23 fevral 2025-ci il tarixində, saat 20:32 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində təhlükəli yol hərəkəti qayda pozuntusu qeydə alınıb.

Patrulaz.az-ın məlumatına görə, “90-VR-463” dövlət qeydiyyat nişanlı “VAZ 2104” markalı avtomobilin sürücüsü qar və buzla örtülmüş yolda avtoxuliqanlıq hərəkətləri edərək həm öz həyatını, həm də ətrafdakı insanların həyatını təhlükə altına atıb. Şahidlərin sözlərinə görə, sürücü avtomobili ilə təhlükəli manevrlər edərək digər hərəkət iştirakçıları üçün açıqca hörmətsizlik edib. Hadisə baş verən ərazidə nəqliyyat axını olduğu halda, bu cür məsuliyyətsiz davranış istənilən an faciə ilə nəticələnə bilərdi.
Belə hallar təkcə sürücülərin deyil, günahsız piyadaların da həyatına təhlükə yaradır.
Avtomobil idarə etmək yalnız sürət və texniki bacarıq deyil, eyni zamanda böyük məsuliyyət tələb edir.


Bənzər xəbərlər