media-img_6201

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, onlar Ukraynaya bufer zonalar üçün yalnız Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı missiyası çərçivəsində qoşun göndərilməsini nəzərdən keçirə bilərlər.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tajani son vaxtlar gündəmdə olan Avropa qoşunlarının Ukraynaya göndərilməsi və bufer zonaların yaradılması ideyası ilə bağlı parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında açıqlama verib. Ukraynaya Avropa və ya NATO əsgərlərinin göndərilməsinin faydalı olacağını düşünmədiyini ifadə edən Tajani bufer zona yaradılacaqsa, BMT bayrağı altında əsgər göndərilməli olduğunu qeyd edib.

İtaliyanın ANSA agentliyinə danışan hökumət mənbələrinin verdiyi məlumata görə, Ukraynaya sülhməramlı missiya çərçivəsində İtaliya qoşunlarının göndərilməsi ideyası hazırda gündəmdə deyil.


Bənzər xəbərlər