media-img_6197

Fələstin Əsirlər Dərnəyi İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında həyatını itirən fələstinli məhbusların sayının 59-a çatdığını açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, dərnəkdən verilən yazılı açıqlamada, ölüm səbəbi bilinməyən İsrail həbsxanalarında Qəzzadan olan məhbus Musab Haniyənin öldüyü bildirilib. Açıqlamada, Haniyənin vəfatı ilə 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında həyatını itirən fələstinlilərin sayının 59-a çatdığı bildirilib.


Bənzər xəbərlər