Əfqanıstanda daşqın: 21 nəfər ölüb, 6 nəfər yaralanıb
Güclü yağış və qar bütün Əfqanıstana təsirini göstərib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qərbində Fərəh vilayətində güclü yağış daşqınlara səbəb olub. Təbii Fəlakətlərin İdarə Edilməsi Təşkilatının sədri Məhəmməd İsrael Sayar aralarında qadın və uşaqların da olduğu 21 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını açıqlayıb.
Meteorologiya xidməti ölkənin 34 əyalətindən 32-də qar və yağışla yanaşı daşqınlar barədə xəbərdarlıq edib.