media-7eb24b09-bf10-4086-9dca-1156a38f0680

Mingəçevirdə yol kənarında, məktəbin yaxınlığında yaşayan sakinlər yol hərəkəti ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.

Patrulaz.az-a verilən məlumatda, sözügedən ərazidə nə piyada keçidi, nə də yol hərəkət qaydalarına uyğun nişanların mövcud olduğu bildirilib. Sakinlər, yoldan istifadə edən hər bir sürücünün avtomobili istədiyi kimi idarə etdiyi, piyadaları nəzərə almadan hərəkət etdiyini vurğulayıblar. Narahatlıqlarını dilə gətirən sakinlər, bu şəraitin uşaqlar və piyadalar üçün ciddi risklər yaratdığını qeyd ediblər.
Mingəçevirdəki “Tam Store” marketlə üz-üzə olan bu yolda piyadaların təhlükəsizliyi təmin olunmur. Sakinlər aidiyyatı qurumların bu məsələyə diqqət yetirməsini, piyada keçidlərinin yaradılmasını və yol hərəkət qaydalarına riayət olunması üçün tədbirlər görülməsini xahiş edirlər. Bu cür addımların atılması, sakinlərin və məktəbə gedən uşaqların təhlükəsizliyini artıracaqdır.


Bənzər xəbərlər