media-img_6210

“Azərbaycanın Pakistanla dostluğu və qardaşlığı tarixi köklərə söykənir. O cümlədən 1991-ci ildə müstəqllliyimizə yenidən qovuşandan sonra Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən olmuşdur. Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan qardaş ölkədir.  Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə də Pakistanın bir qardaş ölkə kimi verdiyi siyasi və mənəvi dəstək qələbəmizə töhfə vermişdir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

media-img_5365
Deputat bildirib ki, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D8 və başaq bir çox beynəlxalq təşkilatlarda təmsil olunurlar: “Biz beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyən dost ölkələrik. Belə ki, Pakistan bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və Ermənistanın ərazilərimizdə işğalının dayandırılmasını tələb etmişdir. Azərbaycan da Cəmmu Kəşmir məsələsində Pakistanın yanında olduğunu hər zaman açıq şəkildə ifadə edir. Müstəqilliyə yenidən qoşvuşandan sonra dövlət başçılarımız mütəmadi olaraq qarşılıqlı səfərlər edir və müxtəlif platrformalarda görüşərək ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparırır. Ölkələrimiz strateji tərəfdaşdırlar. Keçən il də rəsmi səfərə gedən Prezident İlham Əliyevi Pakistan xüsusi bir şəkildə qəbul etmişdi. Belə qəbullar hər dövlət başçısının şərəfinə düzəldilmir. Bu, bizim bir-birmizə nə qədər yaxın və doğma olduğumuzun nümayişi idi. Bu gün isə Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycandadır. Dövlət başçılarımız ikitərəfli və geniş tərkibdə görüşlər keçirdi və bir sıra sənədlər imzladılar. Dövlət başçılarımızın mətbuata verdiyi açıqlamalrda Prezident ilham Əliyev Pakistana 2 milyard dollardan artıq sərmayənin yatırılmasına hazır olduğumuzu və sərmayənin yatırılması üçün məsələlərin 1 ay ərzində müəyyən edilməsi üçün tapşırıqlar verildiyini bildirdi.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsi üçün potensial böyükdür və hökumətlərarasısı komisiyaların keçirdikləri müətmadi görüşlərdə, biznes forumlarda ticari-iqtisadi əlaəqlərin genişləndirlməsi imkanları ətrafında müzakirələr aparılır. O cümlədən hökumətləratrası komisiyalarda və biznes forumlarda qarşılıqlı investisya imkanları da müzakirə olunur. 24 fevralda keçirlimiş Azərbaycan-Pakistan biznes forumunda da dövlət başçılarımız ikitərəfli əməkdaşlığın dərinləşdirlməsinə dair bir çox məsələlər ətrafında fikirlər ifadə olunmuşdur. Belə ki, Azərbaycanın Pakistana 2 milyard dollar investisiyaların yatırılması məsələsi bir daha qeyd olundu. Bundan başqa enerji sahəsində əməkdaşlığı genişləndimək, maye qazının Pakistana ixrac edilməsi, Cənub Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərində əməkdaşlığı geenişləndirmək, əczaçəlik və hərbi sənayesi sahəsində birgə müəsisələrin yaradılması, kənd təsərrüfatı, İnnovasiyalar və digər sahələr üzrə əməkdaşlığın dərinləşdirlməsi məsələləri müzakirə olunmuşdur. Düzdür, Pakistanla siyasi münasibətlərimiz çox yüksək səviyyədə olmasına baxmayaraq iqtisadi sahədə əməkdaşlıq heç də dostluq və qardaşlığımızın sviyəsinə uyğun gəlmiur. Amma dövlət başçıların qarşılıqlı səfərləri çərçivəsində aparılan müzakirələr və imzlanan sənədlər ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığının da artmasına töhfə verəcəkdir.
Azərbaycan və Pakistan siyasi, iqtisadi, hərbi müdafiə, humanitar və mədəni sahələrdə əməkdaşlıq edir. Azərbaycan Pakistanın çətin günlərində həmişə yanında olmuşdur. Birinci vitse prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq pakistanlı qardaşlara yardımlar etmişdir. Ali məktəblərimiz əməkdaşlıq edir və qarşılıqlı şəkildə ölkələrimizə həsr edilmiş kafedralar yaradılmışdır.
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçılarımız arasında aparılmış müzakirələr və imzalanmış sənədlər ölkələrimiz arası əlaqələrin inkiaşfına yeni bir impuls verəcəkdir. Bəli, Azərbaycan və Pakistanın dostluğu əbədi və sarsılmazdır”.


Bənzər xəbərlər