48 nəfərin həlak olduğu təyyarəni idarə edən pilotun kimliyi məlum olub - FOTO
Rusiyanın Amur vilayətində bu gün baş verən “An-24” təyyarə qəzası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Patrulaz.az “Shot” teleqram kanalına əsasən xəbər verir ki, qəzaya uğrayan təyyarənin komandiri 61 yaşlı Vyaçeslav Loqvinov olub. O, İrkutsk şəhərində yaşayıb və Aktobe şəhərindəki T.Y. Beqeldinov adına Hərbi Hava Hücumundan Müdafiə İnstitutunu bitirib.
Qəza nəticəsində 48 sərnişin həlak olub.
İlkin ehtimallara görə, qəzanın səbəbi hava şəraitinin əlverişsiz olması fonunda pilotun səhvi olub. Lakin qəza zamanı təyyarəni birbaşa Loqvinovun, yoxsa ikinci pilot Kirill Plaksinin idarə etdiyi hələ dəqiq deyil.
Qeyd edək ki, təyyarə Tında şəhərinin 15 kilometrliyində, meşəlik ərazidə qəzaya uğrayıb. Axtarış-xilasetmə işləri və araşdırmalar davam edir.







