media-2c3ce1df349d9483ec1ba33ce88d83b6-cd420052806ddc1621466712365d7297

Günümüzdə bir çox insan uzunmüddətli yorğunluğu sadəcə iş yükü ilə əlaqələndirsə də, bəzi hallarda bu vəziyyət tükənmişlik (burnout) sindromunun əlaməti ola bilər. Bəs bu sindromu adi yorğunluqdan necə ayırd etmək mümkündür? 

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, tükənmişliyin əsas əlamətlərindən biri istirahətə baxmayaraq davam edən yorğunluq və gündəlik fəaliyyətlərə maraq və motivasiyanın azalmasıdır:

“Tükənmişlik sindromunu çox vaxt insanlar adi yorğunluqla qarışdırır, amma əslində bu, uzun müddət davam edən stressin nəticəsidir. Sadəcə “yorğunam” vəziyyəti deyil insanın həm enerjisi, həm də daxili həvəsi yavaş-yavaş sönür.

Ən tipik əlamət odur ki, insan nə qədər dincəlsə də özünü əvvəlki kimi toparlaya bilmir. Sanki bədən işləyir, amma daxildə “qüvvə qalmayıb”.o

Bunu belə hiss etmək olur:

İnsan daim yorğun olur, səhər oyananda belə enerjisiz qalır. Əvvəllər maraqlı olan şeylər artıq mənasız görünməyə başlayır. İşə, dərsə və ya gündəlik məsuliyyətlərə qarşı həvəs azalır”.

media-1741692907_dewatermark-ai_1741692799765

N.Orucov qeyd edir ki, tükənmişlik zamanı insan emosional donuqluq, diqqət dağınıqlığı və sosial mühitdən uzaqlaşmaq istəyi hiss edə bilər:

“Həm də emosional tərəf dəyişir insan daha tez əsəbiləşir, səbri azalır, xırda şeylər belə ağır gəlir. Bəzən də əksinə, tam bir “donuqluq” olur, yəni nə sevinc, nə də kədər əvvəlki kimi hiss edilmir.

Diqqət də zəifləyir. Unutqanlıq artır, fokus saxlamaq çətinləşir. İnsan özünü “başım işləmir” kimi ifadə edir. Bir başqa vacib əlamət də insanlardan uzaqlaşmaqdır. Daha az danışmaq, tək qalmaq istəyi, sosial mühitdən qaçmaq kimi”.

Psixoloqun sözlərinə görə, tükənmişlik adi yorğunluqdan fərqli olaraq istirahətlə keçmir və uzunmüddətli stressin nəticəsi kimi özünü göstərir:

“Bəzən bədən də siqnal verir: baş ağrıları, yuxu problemləri, ürəkdöyünmə, səbəbsiz gərginlik kimi. Əsas fərq budur ki, adi yorğunluq istirahətlə keçir, amma tükənmişlikdə insan dincəlsə də “yenə də yaxşı deyiləm” hissi qalır.

Bu vəziyyət zəiflik deyil. Adətən uzun müddət yığılmış stress, təzyiq və emosional yüklənmənin nəticəsidir. Ona görə də belə olanda insan sadəcə daha çox “dözməyə” çalışmamalıdır əksinə, yükü azaltmaq və ritmi dəyişmək lazımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər