Özbəkistanda keçirilən beynəlxalq MMA turnirində azərbaycanlı idmançı Elnar İbrahimov qələbə qazanıb - VİDEO
Özbəkistanın Səmərqənd şəhərində keçirilən MMA üzrə beynəlxalq turnirdə Azərbaycan idmançısı Elnar İbrahimov uğurlu çıxışı ilə diqqət çəkib.
Patrul.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Elnar İbrahimov özbəkistanlı rəqibi Avliyaxon Həmidov məğlub edərək turnirin qaliblərindən biri olub.
İdmançımızın nümayiş etdirdiyi peşəkar performans və əzmkar mübarizə Azərbaycan idmansevərləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu qələbə ölkəmizin beynəlxalq arenadakı idman uğurlarına növbəti töhfə kimi qiymətləndirilir.
Patrul.az kollektivi Elnar İbrahimovu əldə etdiyi uğur münasibətilə təbrik edir, gələcək yarışlarda ona yeni-yeni qələbələr arzulayır.






