Pivə zavodundan dənizə zərərli maddələr axıdılır? - VİDEO
Gördüyünüz bu görüntülər vətəndaş tərəfindən lentə alınaraq Patrul.az redaksiyasına göndərilib. Kadrlardan da göründüyü kimi, pivə zavodundan dənizə zərərli maddələrin axıdıldığı iddia olunur və nəticədə ərazidə belə bir xaotik vəziyyət yaranıb.
Məsələ ilə yaxından tanış olmaq üçün sözügedən pivə zavoduna üz tutduq. Burada bizi zavodun mühafizəçisi qarşılayaraq bildirdi ki, rəhbərlik bir qədər əvvəl ərazini tərk edib.
Təxminən 5-7 dəqiqə gözlədikdən sonra bir nəfər avtomobillə gələrək özünü direktor müavini kimi təqdim etdi və zavodun artıq 1 ildir fəaliyyət göstərmədiyini bildirdi.
Biz zavoddan dənizə zərərli maddələrin axıdılmasını əks etdirən görüntülərin olduğunu dedikdə isə həmin şəxs bunun zavodla heç bir əlaqəsinin olmadığını iddia etdi.
Ətraflı süjetdə:






