media-gemini_generated_image_ko7ieuko7ieuko7i

Son zamanlarda sosial mediada vəhşət gecəsi çağırışı gündəm olub. Vəhşət namazına çağırış paylaşımları müzakirələrə səbəb olub.

Bəs vəhşət namazı necə olur? Vəhşət gecəsində nələr yaşanır?

Patrul.az mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib.

O bildirib ki, İslama aid olan bəzi məzhəblərin fiqhində digərindən fərqli ibadətlər, namazlar mövcuddur:

“Doğrudur, Quranda belə şeylər yoxdur, amma sonradan meydana gələn və Peyğəmbər, İmamlar adına nəql olunan hədis və rəvayətlərdə belə şeylərə rast gəlinir. Vəhşət namazı da Cəfəri məzhəbinə aid olan, digər məzhəblərdə olmayan müstəhəb namazdır ki, dəfə gecəsi ölü üçün bağışlanma diləmək məqsədi ilə qılınır. İmam Cəfər Sadiqin adından helə hədis nəql edilib ki, vəhşət namazı ölünün hesabını, qəbr əzabını yüngülləşdirər və qılan üçün də savab olar. Amma bu namazı başqalarının da qılması üçün sosial şəbəkələrdə elan vermək, çağırış etmək yanlışdır. Əgər kiminsə vəfatı elan olunubsa demək ki, qılmaq istəyən qıla bilər. Amma son zamanlar dinə aid deyil, sırf məzhəbə aid olan detallar, elementlər daha çox qabardılır. Vəhşət namazı müstəhəbdir. Cəfəri fiqhinə görə bu namaz əsasən ölünün yaxınlarına, doğmalarına tövsiyyə olunur. Bu kimi məzhəbçilik təzahür etdirən elementləri qabartmaq xüsusi məqsəd daşıyır. Əgər başqalarının diqqətini çəkərək, nifaq, ixtilaf, nəticədə fitnə salmaq niyyəti güdərsə belə çağırışlar həm də günaha səbəb ola bilər. İmam Əli əleyhissəlam buyururdu ki, vaciblərə xələl gətirən müstəhəblərdən uzaq olun”.

İlahiyyatçı vurğulayıb ki, müsəlman əsasən məzhəbə yox, dinə aid olan, yəni vəhdətə, həmrəyliyə gətirən amillərə çağırış etməlidir:

“Vacib olan budur. Yoxsa hər məzhəbin özünəməxsus, başqalarından fərqli bir çox detalları var. Əgər həmin elementlər qabardılarsa vəhdət yox, ixtilaf olar. Əlavə edim ki, vəhşət namazı kimi fərqləndirən ayinlər əsasən fars müəlliflər tərəfindən Əhli Beyt imamlarının adına yazılmış rəvayətlərə əsaslanır. İslamda, Quranda belə bir namaz tövsiyyəsi yoxdur. Həzrət Muhəmməd Peyğəmbərin övladlarının vəfatı zamanı da onun belə bir namaz qılması barədə də heç bir mənbədə dəlil yoxdur”.

media-img-20260604-wa0061

T.İrfan, hədislərdə meyitin qəbrə qoyulduqdan sonra məzarda mələklər tərəfindən sorğu-sual olunduğunun qeyd edildiyini söyləyib:

“Bu zaman vəhşət yaşanır və ölü üçün ağır və məsuliyyətli gün sayılır. Məhz bu prosesi yüngülləşdirmək məqsədi ilə də sözü gedən namaz qılındığı iddia olunur. Əslində isə İslamda ölü üçün yalnız cənazə namazı qılınır və dəfndən sonra da dua edilir. Peyğəmbər bu cür edib. Lakin sonradan dinə əlavələr olunub, fərqli ayinlər meydana çıxarılıb”.

Ləman Sərraf


Bənzər xəbərlər