Səkiyə aşan ağac hərəkəti iflic edib, piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalır - VİDEO
Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş Nizami küçəsində piyadaların hərəkətinə maneə yaradan vəziyyətlə bağlı narazılığını ifadə edib.
Vətəndaşın bildirdiyinə görə, artıq bir müddətdir ki, səkiyə aşmış ağac piyadaların rahat hərəkətinə mane olur. Şikayətə əsasən, məsələ ilə bağlı indiyədək aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülməyib.
Nəticədə piyadalar səkidən istifadə edə bilmədikləri üçün məcburən yolun hərəkət hissəsinə çıxaraq hərəkət edirlər. Bu isə onların təhlükəsizliyi üçün ciddi risk yaradır.
Ümid edirik ki, müvafiq qurumlar məsələni nəzarətə götürərək yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görəcəklər.






