media-b8294c82-8313-441f-8357-bbabc4878fb5

Türkiyədə ehtiyatsızlıq nəticəsində ov tüfəngi ilə özünü vuran bir nəfər həyatını itirib.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, hadisə Bayramiç rayonunun Korucak kəndində baş verib.

Belə ki, Çanaqqalada yaşayan 55 yaşlı Bahri Dindar səhər saatlarında oğlu və qardaşı oğlu ilə birlikdə meşəyə ov etməyə çıxıb. Ov zamanı tüfəngini yerə qoyan Dindar onu yerdən götürərkən tətiyin budağa ilişməsi nəticəsində tüfəngdən atəş açılıb. Nəticədə ağır yaralanan kişi təcili yardımla xəstəxanaya qaldırılıb, lakin bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, jandarma qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər