Bakı birinciliyi çərçivəsində keçirilən yarışlarda 2008-2009-cu il təvəllüdlü idmançılar arasında oğlanlar üzrə 60 metr məsafəyə sədlərlə qaçış növündə yeni Azərbaycan rekordu qeydə alınıb.

Patrulaz.az xəbər verir ki, Əmir İsmayılov U18 yaş kateqoriyasında 8.34 saniyə nəticə göstərərək əvvəlki rekordu yeniləyib. Qeyd edək ki, bundan əvvəlki rekord da onun adına olub və 8.47 saniyə təşkil edib.
Yeni nəticənin Azərbaycan Atletika Federasiyası tərəfindən təsdiqlənmə prosesi davam edir. Əgər rekord təsdiqlənsə, İsmayılov Əmir U18 kateqoriyasında 60 metr sədlərlə qaçış üzrə ikiqat rekordçu kimi tarixə düşəcək.

Qeyd edək ki, yarış qapalı məkanda keçirilib və idmançılar Bakı birinciliyində mübarizə aparıblar.
Rekord təsdiqləndikdən sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.


Bənzər xəbərlər