media-inshot_20250807_120929482

Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlama verib.

Patrulaz.az xəbər verir ki, 7 avqust 2025-ci il tarixində Şəmkir rayonu ərazisində baş vermiş mikroavtobusla yük maşını toqquşması ilə bağlı açıqlama verən AYNA bildirib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

AYNA bildirib ki, hadisə zamanı sərnişin mikroavtobusu və yük maşını qanunvericiliyin tələblərinə uyğun olaraq reysqabağı texniki müayinədən və sürücülərin tibbi müayinəsindən keçməyib.

Eyni zamanda, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük maşınının da daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadığı məlum olub.

AYNA-dan bildirilib ki, hazırda hadisənin səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 


Bənzər xəbərlər