Myanmada yenidən zəlzələ…
Myanma aprelin 4-də yenidən güclü zəlzələ baş verib.
Patrulaz.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 4,9 bal gücündə qeydə alınıb.
Xatırladaq ki, Mandalayda aprelin 1-də də 5 bal gücündə başqa bir yeraltı təkan hiss olunmuşdu.
Qeyd edək ki, Mandalay şəhəri 1,2 milyon nəfərin yaşadığı böyük bir ərazidir. Bu zəlzələ martın 28-dəki dağıdıcı silsilə zəlzələlərdən sonra baş verib. Son məlumatlara görə, 3,3 min nəfərdən çox insan həyatını itirib, evlər, məbədlər və digər infrastruktur obyektləri ciddi ziyan görüb.
Gülbəniz Səfərova