İran nüvə silahı ilə bağlı mövqeyini açıqladı
İran nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İran rəhbərliyi ölkənin heç bir halda nüvə silahı hazırlamayacağını açıqlayıb. İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bu barədə jurnalistlərə verdiyi brifinqdə danışıb: “İran heç vaxt, heç bir halda nüvə silahı yaratmaq yolu ilə getməyəcək. Bu, Ali Rəhbər Ayətullah Əli Xamneyinin fitvasına əsaslanan strategiyamızın ayrılmaz hissəsidir”, – deyə Baqai vurğulayıb.
Xatırladaq ki, aprelin 6-da İran parlamentinin deputatı Məhəmməd Qasim Osmani ölkə rəhbərliyini Qərblə danışıqlarda bərabər şərait yaratmaq məqsədilə nüvə silahı istehsalına başlamağa çağırmışdı.
Qeyd edək ki, Rusiya tərəfi də İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.
Gülbəniz Səfərova