ABŞ-dən sonra Türkiyə havada tarixə imza atdı
Türkiyənin İstanbul Hava Limanında tarixə düşəcək hadisə baş verib.
Patrulaz.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyədə ilk dəfə olaraq eyni anda üç təyyarə havaya qalxıb. Bu mühüm əməliyyat Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun göstərişi ilə həyata keçirilib.
Uraloğlu bildirib ki, İstanbul Hava Limanı artıq yalnız bölgənin deyil, dünyanın ən strateji nəqliyyat qovşaqlarından birinə çevrilib.
Qeyd edək ki, ABŞ-dən sonra belə bir əməliyyat həyata keçirən ilk ölkə Türkiyə oldu.
Gülbəniz Səfərova