ABŞ İranın ultimatumunu qəbul etdi
ABŞ administrasiyası İranın danışıqların Omanda keçirilməsi ilə bağlı istəyini qəbul edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, danışıqlar ilkin olaraq Türkiyədə planlaşdırılsa da, görüş yeri İranın tələbi əsasında dəyişdirilib.
Görüşə ABŞ və İranla yanaşı, digər regional ölkələrin də Oman danışıqlarına qoşulub-qoşulmayacağı məsələsi hələ müzakirə olunur.
Məlumata görə, danışıqlar nüvə məsələləri üzrə aparılacaq.
Xatırladaq ki, fevralın 3-də ABŞ ordusu Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub. Bundan sonra İran hərbi gəmiləri Hörmüz boğazında ABŞ bayrağı altında üzən tankeri saxlamasını tələb etsə də, tanker sürətini artıraraq yoluna davam edib.






