ABŞ pilotunu İran hərbçilərini aldadaraq 155 təyyarə ilə xilas edibmiş - ŞOK FAKTLAR
ABŞ Prezidenti Donald Tramp İranda vurulan F-15 təyyarəsindən sağ qalan amerikalı pilotun necə xilas edildiyini açıqlayıb.
Patrul.az xəbər verir ki, Tramp aparılan əməliyyatda 155 təyyarənin iştirak etdiyini və atışma olsa da, əməliyyatın bir amerikalı əsgər zərər görmədən həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, İran qüvvələrini pilotun olduğu real yerdən uzaqlaşdırmaq üçün CIA ilə birgə “subterfuge” (aldatma) taktikasından istifadə edilib. İranlıları pilotun başqa bir yerdə olduğuna inandırmaq üçün 7 fərqli istiqamətə yönləndiriblər:
“ABŞ pilotlarını İrandan xilas etmək əməliyyatında 155 hərbi təyyarə iştirak edib. Bu, tarixi bir əməliyyat idi. Əməliyyat 7 saat davam edib. 21 təyyarə İran hava məkanına daxil olub. Biz İran qüvvələrini fərqli bir əraziyə yönləndirərək onları təəccübləndirdik. Onları 7 fərqli yerə göndərdik və təxribat əməliyyatı həyata keçirdik. Biz itkisiz çıxdıq. Heç bir Amerika əsgərini geridə qoymadıq; şiddətli atəş altında idik”.
O, həmçinin əməliyyat zamanı istifadə olunan döyüş sursatlarının dəqiq sayını da açıqlayıb:
“Əməliyyatda 4 bombardmançı təyyarə, 64 qırıcı təyyarə, 48 yanacaqdoldurma təyyarəsi və 13 xilasetmə təyyarəsi daxil olmaqla, ümumilikdə 155 təyyarədən istifadə etdik”.
Məlumata görə, xilas edilən zabit (polkovnik rütbəsində) ağır yaralanıb, qan itirib və əsir düşməmək üçün təliminə uyğun olaraq dağlıq ərazilərə – 7000 fut hündürlüyə dırmaşaraq gizlənib.
Xatırladaq ki, 3 aprel 2026-cı il tarixində İran üzərində ABŞ-nin F-15E qırıcısı vurulub. Təyyarədəki iki heyət üzvündən biri (pilot) qısa müddət sonra xilas edilsə də, digəri düşmən ərazisinin dərinliyində qalıb.
Məlumat üçün bildirək ki, İran tərəfi sözügedən pilotu sağ tapanlara 60 min dollar mükafat vəd etmişdi.
Gülbəniz Səfərova






