"ABŞ və İsrailin bu hərəkəti İran xalqında qəzəb oyadır" - ŞƏRH
İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkə hesabında paylaşım edərək ABŞ ilə ortaq hücumlarının İslam Respublikasının rəhbər şəxslərini hədəf aldığı üçün İran xalqını “rejimi devirməyə” çağırıb.
İran xalqı Netanyahunun çağırışından sonra ölkədəki gərgin vəziyyətdən istifadə edib, hakimiyyəti devirə bilərmi?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Patrul.az-a fikirlərini bölüşüb:

“ABŞ və İsrail hesab edirdi ki, bu hücumlar nəticəsində İran xalqı ayağa qalxacaq və mövcud rejimi devirəcək. Hətta Donald Tramp da qeyd etdi ki, artıq xalq hakimiyyəti devirməlidir. Lakin göründüyü kimi, İran xalqı buna əməl etmir. Çünki ABŞ və İsrail humanitar müstəvidə hərbi əməliyyatlar həyata keçirir. Bu da təbii olaraq İran xalqında qəzəb oyadır. Nəticə olaraq bu müharibədə İran xalqı ABŞ və İsrailin planlarına alət olmadı”.
Ləman Sərraf






