media-inshot_20250827_075925292

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

Patrulaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 104 ailə – 370 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

media-img_20250827_095410_621 media-img_20250827_095410_260 media-img_20250827_095410_602 media-img_20250827_095410_800 media-img_20250827_095410_217 media-img_20250827_095410_608 media-img_20250827_095410_345


Bənzər xəbərlər