Aİ-dən 36 min gəncə pulsuz qatar biletləri!
Avropa İttifaqı (Aİ) Komissiyası Türkiyə də daxil olmaqla “Erasmus+”proqramı ilə əlaqəli ölkələrdə yaşayan 18 yaşlı gənclərə Avropa ölkələrinə qatarla səyahət etmək üçün 36 min pulsuz keçid kartı paylayacaq.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada müraciətlərin bu gün başladığı və müvəffəqiyyət qazananların 1 iyul 2025-ci il və 30 sentyabr 2026-cı il tarixləri arasında 30 gün ərzində qatarla Avropanı gəzə biləcəkləri bildirilib.
Həmçinin tələblərin 1 iyul 2006-cı il – 30 iyun 2007-ci il tarixləri arasında doğulmuş olmaları və Aİ ölkələrində və “Erasmus+” proqramı ilə əlaqəli İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyə kimi ölkələrdə yaşamaq olduğu bildirilib və müraciətlərin 1 iyul 2006-cı il tarixindən 30 iyun 2007-ci ilədək sona çatacağı qeyd olunub.
Aİ tərəfindən 2018-ci ildə başladılan və 2021-2027-ci illər arasında həyata keçirilən təhsil, gənclik və idman sahələrini əhatə edən qrant proqramı “Erasmus+” çərçivəsində “DiscoverEU” indiyədək 355 mindən çox səyahət kartı təqdim edib.