media-inshot_20260114_120119301

İranda vəziyyət getdikcə gərginləşir. Hal-hazırda Tehranın əsas prospekt və meydanlarında minlərlə insanın iştirakı ilə genişmiqyaslı etirazlar davam edir. Dekabrın sonlarından başlayan etirazlar artıq vətəndaş qarşıdurması səviyyəsinə yüksəlib.

Bəs bu aksiyaların mahiyyətində hansı faktorlar var? Etirazlardan sonra İran necə dəyişə bilər?

Mövzu ilə bağlı Patrul.az-a şərh verən politoloq Aytən Qurbanova hazırkı vəziyyətin əsas səbəblərini qeyd edib:

media-img-20251225-wa0092-1

“Hal-hazırda İranda baş verən geniş etiraz aksiyalarının əsas səbəbləri sosial-iqtisadi narazılıqlar, siyasi azadlıqların məhdudlaşdırılması və hakimiyyət daxilindəki qruplar arasında fikir ayrılıqları olaraq ifadə edilsə də, xarici maraqlar da istisna olunmamalıdır:

“Şübhəsiz ki, bu etirazlar mövcud siyasi rejimin müəyyən sahələrdə güzəştlər etməsinə səbəb ola bilər. Bu daha çox sosial proqramlarda, iqtisadi islahatlarda və inzibati strukturlarda məhdud dəyişikliklər şəklində ifadə oluna bilər. Eyni zamanda, əgər aksiyalar geniş dəstək qazanarsa, bəzi fundamental siyasi dəyişikliklər də mümkün ola bilər. Lakin İranda mümkün dəyişiklərin dərəcəsi həm daxili siyasi balansdan, həm də xarici siyasi maraqların təzyiq mexanizmlərindən birbaşa asılıdır”.

“Ona görə də, indiki məqamda etirazlar ölkədə müəyyən dəyişikliklərin qaçılmaz olduğunu göstərsə də, bu dəyişikliklərin ölçüsünü və istiqamətini hələlik konkret ifadə etmək çətindir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər