Elvin Cəfərquliyev “Qarabağ” klubu ilə birlikdə Avstriyaya yollanıb
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ” klubu ilə birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.
Patrul.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi səfərə yollanan futbolçular arasında yer alıb.
Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.






