media-16bf2218-7e3d-494b-af55-933a04d07368

ABŞ-də Ali Məhkəmə ilə Donald Tramp administrasiyası arasında qarşıdurma yaşanıb.

Patrulaz.az “The Atlantic”ə istinadən xəbər verir ki, Ali məhkəmə Trampdan hökumətin El Salvadorlu Kilmar Abreqo Qarsiyan adlı şəxsi qanunsuz olaraq deportasiya etdiyini bildirərək, onun geri qaytarılmasını tələb edib.

Xatırladaq ki, Tramp administrasiyası Abreqo Qarsiyanı adlı şəxsi səhvən El Salvadorun dəhşətli CECOT həbsxanasına göndərib. Halbuki məhkəmə qərarı onun doğma ölkəsində həyatına təhlükə olduğunu əsas götürərək, ABŞ-də qalmasına icazə vermişdi.

Bu hadisə Trampın prezidentliyi dövründə hüquqi sərhədlərin necə pozula biləcəyini bir daha gündəmə gətirib.

Qeyd edək ki, Tramp administrasiyası bu qərara əməl etməzsə, bu, ABŞ-də hüquq sisteminin əsaslarını ciddi şəkildə zədələyə bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər