Alimlər 26 min il əvvəl Ukraynada qədim insanların necə isindiyini aşkar ediblər
Alimlər Ukraynada aparılan tədqiqat nəticəsində Buz Dövründə qədim insanların soyuqdan necə qorunduğunu müəyyən edə biliblər.
Patrulaz.az “Unian”a istinadən xəbər verir ki, bu sahədə irəliləyiş Çernivtsi vilayətinin Korman kəndi yaxınlığında, Dnestr çayı sahilində aşkarlanan üç ocaq yerinin izləri sayəsində mümkün olub.
Kəşf Alqarve Universiteti və Vyana Universitetinin alimləri tərəfindən edilib. Onlar araşdırmalarında bu od çuxurlarının izlərinin qədim insanların gündəlik həyatı barədə yeni bilgilər əldə etməyə necə kömək etdiyini izah ediblər.
Tədqiqatdan aydın olur ki, alimlər 26.500–19.000 il əvvələ, yəni Son Buzlaq Maksimum dövrünə aid üç ocaq yerini aşkar etmək üçün bir sıra innovativ geoarxeoloji metodlardan istifadə ediblər. Həmin dövrdə Avropada temperaturun -27 ilə -20°C arasında dəyişdiyi qeyd olunur.
Tədqiqatçılar qədim insanların yanğından istifadə bacarığının düşündüklərindən daha mürəkkəb olduğunu bildiriblər. Bununla belə, alimlər bu günə qədər niyə bu tip tapıntıların rast gəlinmədiyini izah edə bilmirlər.
Alimlər ocaq izlərini daha dəqiq müəyyənləşdirmək üçün mikrostratiqrafik analiz, mikromorfologiya və kolorimetrik analiz kimi metodlardan istifadə ediblər. Nəticədə müxtəlif ölçülü odunlarla yandırılmış üç ayrı ocaq yerinin qalıqlarını müəyyən etmək mümkün olub.
Həmin ocaqlarda temperatur 600°C-dən yüksək olub. Alimlərin fikrincə, bu fakt qədim insanların son dərəcə ekstremal şəraitdə belə sağ qalmaq bacarığının sübutudur.
Ləman Sərraf