İsrail həbsxanasında 17 yaşlı fələstinli məhbus Öldü
İordan çayının qərb sahilindən olan 17 yaşlı Valid Əhməd altı aydır saxlanıldığı İsrail həbsxanasında naməlum şəraitdə həyatını itirib.
Patrulaz.az “The Guardin”a istinadən xəbər verir ki, Əhməd sentyabrda əsgərlərə daş atmaq iddiası ilə həbs olunub və əvvəllər sağlam bir şagird olub.
Hüquq müdafiəçiləri, HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumundan sonra İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı zorakılıq hallarının artdığını bildirirlər. İsrail həbsxana rəhbərliyi hər hansı sistematik sui-istifadəni inkar edir, lakin həbsxana şəraitinin minimum səviyyəyə endirildiyini etiraf edir.
Vəlidin atası Xalid Əhməd oğlunun futbol oynayan canlı bir yeniyetmə olduğunu qeyd edib.
Gülbəniz Səfərova