Almaniya kansleri Şolz: “Tramp ticarət nizamına hücum edir”
Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampı qlobal ticarət nizamına zərbə vurmaqda günahlandırıb və Trampın tariflərlə bağlı qərarının kökündən yanlış olduğunu, qlobal iqtisadiyyatın bundan zərər görəcəyini qeyd edib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Şolz Almaniyaya səfər edən İordaniya kralı II Abdullah ilə görüşündən sonra Baş Nazirlikdə təşkil edilən mətbuat konfransında ABŞ prezidenti Donald Trampın imzaladığı fərman çərçivəsində ölkənin 185 ticarət tərəfdaşına tarif tətbiqini dəyərləndirib.
Trampın açıqladığı əhatəli gömrük rüsumlarını ciddi iqtisadi səhv olaraq xarakterizə edən Şolz, Trampın tarif qərarının kökündən yanlış olduğunu və qlobal iqtisadiyyatın bundan mənfi təsirlənəcəyini müdafiə edib.
Trampı ticarət nizamına hücum etməkdə günahlandıran Şolz, bu addımın bütün dünyada rifah yaradan və əslində Amerikanın səylərinin nəticəsində olan ticarət nizamına hücum olduğunu bildirib.