Antalyada ürəkləri ağıza gətirən hadisə! İnşaat dəmirləri avtomobilə ox kimi batdı: Görənlər heyrətə gəldi - ANBAAN VİDEO
Antalyanın Manavqat rayonunda səhər saatlarında faciədən möcüzə nəticəsində dönülən qəza baş verib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərəkətdə olan bir yük maşını əyləc verərkən, qoşqu üzərindəki iri inşaat dəmirləri ox kimi bir avtomobilin ön şüşəsindən içəri daxil olub. Ürəkləri ağıza gətirən anlar saniyə-saniyə kameralara əks olunub.

Bu dəhşət verici qəzada xoşbəxtlikdən avtomobildə olan 2 nəfər yüngül xəsarət alıb.

Hadisə səhər saatlarında Demokratiya bulvarında baş verib. Əldə edilən məlumata görə, üzərində inşaat dəmirləri olan və Erkan Y.-nin idarə etdiyi yük maşını Mithatpaşa kəsişməsinə çatarkən əyləc etdiyi zaman, üzərindəki dəmirlər həmin vaxt Kader S. D.-nin idarə etdiyi avtomobilin ön şüşəsindən içəri daxil olub.
Hadisə anının görüntülərini təqdim edirik:






