media-inshot_20250930_112403188

Son illərdə ailə institutunun gücləndirilməsi, gender bərabərliyinin dəstəklənməsi və valideynlərin övlad tərbiyəsində bərabər iştirakının təmin olunması məsələləri daha çox gündəmə gəlir. Bu kontekstdə atalara ödənişli məzuniyyətin verilməsi mühüm mövzulardan biridir. Dünyanın bir çox ölkələrində artıq bu təcrübə uğurla tətbiq olunur və sosial rifah siyasətinin bir hissəsinə çevrilib. Azərbaycanda da belə bir təşəbbüsün müzakirəsi valideynlərin hüquqlarının genişlənməsi baxımından aktuallıq daşıyır.

Maraqlıdır ki, analara təqdim edilən bu imkanın eyni zamanda atalara da verilməsi daha ədalətli və səmərəli olmazmı?

Bu barədə Patrulaz.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimovun fikrincə, Azərbaycanda da belə bir təcrübənin tətbiqi olduqca səmərəli olar. Bu, qadınların yükünü azaldar və ailə münasibətlərinə müsbət təsir göstərər:

media-media-inshot_20250919_202428219-9ajouz

“Əslində, atalara ödənişli məzuniyyət dünyada bir çox ölkələrdə, əsasən də Avropa və Qərb ölkələrində tətbiq olunur. Azərbaycanda da atalara ödənişli məzuniyyət verilməsi məsələsi müzakirə mövzusudur. Bu addımı müsbət hal kimi qarşılayıram. Ona görə ki, anaların istirahətə ehtiyacı olduğu kimi, ataların da ehtiyacı var.

Azərbaycanda formalaşmış modelə görə, uşağın böyüdülməsi əsasən qadının üzərinə düşür. Atalara ödənişli məzuniyyətin verilməsi bu yükü müəyyən qədər azalda bilər. Körpənin dünyaya gəldiyi ilk günlərdən ata ailəsinin yanında olar, övladının böyüməsində yaxından iştirak edər. Bu həm ailədə qadınların yükünü azaldar, həm də ailə münasibətlərinə müsbət təsir göstərər. Azərbaycanda da belə bir təcrübənin tətbiq olunması çox faydalı olardı”.

Atalara ödənişli məzuniyyət həm valideynlərin yükünü bölüşdürər, həm də ailə dəyərlərini gücləndirər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər