Avtobus dayanacağı taksi məntəqəsinə çevrildi - 20 Yanvarda təhlükəli vəziyyət - VİDEO
Patrul.az-ın məlumatına görə sözügedən ərazidə “manatlıq taksi” kimi fəaliyyət göstərən bəzi sürücülər taksilər üçün ayrılmış xüsusi duracaq olmasına baxmayaraq, avtobus dayanacağını zəbt edirlər.
Məsələ ilə bağlı redaksiyamıza daxil olan videogörüntüdə sürücülərin dumanlı hava şəraitində yolun ortası ilə hərəkət edərək həm öz həyatlarını, həm də piyadaların təhlükəsizliyini ciddi risk altına atdıqları da əks olunub. Bu cür məsuliyyətsiz davranış xüsusilə gecə saatlarında hər an piyada vurulması halları ilə nəticələnə bilər.
Sakinlər və ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar 20 Yanvar ərazisində avtobus dayanacağının “manatlıq taksi” sürücüləri tərəfindən zəbt olunmamasını, aidiyyəti qurumların isə məsələyə nəzarəti gücləndirməsini xahiş edirlər.
Gülbəniz Səfərova






