Azarkeşlər ekrana: Bu gün rəqib meydanında "Qarabağ"la "Nyukasl"ın cavab oyunu olacaq
Bu gün İngiltərədə “Qarabağ” və “Nyukasl” arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu keçiriləcək.
Patrul.az xəbər verir ki, “Sent Ceyms Park” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Məlumata görə, matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR hakimi Daniele Kiffi, onun köməkçisi isə almaniyalı Kristian Dinqert olacaq.
Xatırladaq ki, hər iki komanda arasında ilk oyun fevralın 18-də Tofiq Bəhrəmov adına stadionda keçirilmişdi. Həmin matçda “Nyukasl” “Qarabağ”ı 6:1 hesabı ilə məğlub etmişdi.






