Azərbaycan Amazon, eBay və Alibaba üçün regional logistika mərkəzinə çevrilə bilər
Azərbaycan Amazon, eBay və Alibaba üçün regional logistika mərkəzinə çevrilə bilər.
Patrulaz.az xəbər verir ki, Azərbaycan və Ermənistan arasında ABŞ prezidentinin iştirakı ilə paraflanan sülh müqaviləsi regionda siyasi reallıqları dəyişməklə yanaşı, ölkəmizin qlobal elektron ticarət bazarlarına çıxış imkanlarını da artırır.
Bu barədə Minval.az-a açıqlamasında Azexport.az portalının rəhbəri Ayxan Qadaşov bildirib ki, bu yeni şərait Azərbaycanı Amazon, eBay və Alibaba kimi dünya nəhənglərinin regional logistika mərkəzi kimi mövqeyini gücləndirə bilər.Azərbaycan və Ermənistan arasında ABŞ prezidentinin iştirakı ilə paraflanan sülh müqaviləsi regionda siyasi reallıqları dəyişməklə yanaşı, ölkəmizin qlobal elektron ticarət bazarlarına çıxış imkanlarını da artırır:
“Azərbaycanın coğrafi mövqeyi və yeni siyasi dialoq ölkəmizi regional tranzit və ticarət qovşağına çevirir. Bu isə elektron ticarət sahəsində beynəlxalq platformalarla əməkdaşlıq üçün böyük fürsət yaradır,” – deyə Qadaşov əlavə edib.
Qeyd edək ki, sülh müqaviləsinin paraflanması ilə regionda iqtisadi inteqrasiya və ticarətin genişlənməsi gözlənilir ki, bu da Azərbaycan üçün yeni biznes perspektivləri açır.Azərbaycan Amazon, eBay və Alibaba üçün regional logistika mərkəzinə çevrilə bilər.






