media-inshot_20250605_171120689

Azərbaycan Çinə toyuq ayaqları ixrac etməyə başlayacaq.

Patrulaz.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, artıq bəzi məhsullar, o cümlədən meyvə-tərəvəz, ət məhsulları və toyuq ayaqları üzrə ixrac icazələri əldə olunub.

“Çinə bəzi məhsulların ixracı üçün xüsusi icazələr tələb olunur. Bu prosedurlar müvafiq Çin qurumları və gömrük xidməti tərəfindən həyata keçirilir. Toyuq ayaqları Çində yüksək tələbat olan məhsullardandır və bu sahədə böyük ixrac potensialı var”, – deyə Abdullayev bildirib.

Qeyd edək ki, Çin bazarı Azərbaycan üçün yeni ixrac imkanları təqdim edir və bu istiqamətdə rəsmi qurumlar arasında danışıqlar davam etdirilir.


Bənzər xəbərlər