media-inshot_20251021_133001532

“Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb”.

Patrulaz.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında səsləndirib.

Dövlət başçısı sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayaraq bildirib:

“Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.

İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasındakı rolunu yüksək qiymətləndirib.

Eyni zamanda, Prezident bildirib ki, Azərbaycan Ermənistanın tranzit yüklərinə qoyduğu bütün məhdudiyyətləri aradan qaldırıb.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı Birgə Bəyannamə imzalayıblar.


Bənzər xəbərlər