media-1713937048922734305_1200x630

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Patrul.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.72 ABŞ dolları və ya 2,68% artaraq 104.40 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 101.68 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Bənzər xəbərlər