media-inshot_20260119_235133363

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin olması ilə bağlı Pakistana başsağlığı verib.

Patrul.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Kəraçidəki ticarət mərkəzində günahsız insanların həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəvi yanğın hadisəsindən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə ürəkdən başsağlığı veririk”, – paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Pakistanın Gul Plaza ticarət mərkəzində baş verən güclü yanğında 21 nəfər həlak olub, onlarla insan isə itkin düşüb.


Bənzər xəbərlər