Azərbaycan Taekvondo Federasiyasına Türkiyədə xatirə hədiyyəsi təqdim olunub
Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasına (ATF) xatirə hədiyyəsi təqdim edib.
Bu barədə Patrulaz.az-a ATF-nin mətbuat xidmətindən məlumat verilib.
Xatirə hədiyyəsi Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirinin (Turkish Open) açılış mərasimində verilib.