Azərbaycan və İran arasında elmi-tədqiqat əməkdaşlığı müzakirə olundu
Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev arasında görüş keçirilib.
Patrulaz.az xəbər verir ki, tərəflər iki ölkənin elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlər və birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
İran səfiri tədqiqat mərkəzlərinin qarşılıqlı anlaşma və ictimai düşüncənin formalaşdırılmasındakı rolunu vurğulayıb, əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Fərid Şəfiyev isə Azərbaycanın elmi və analitik mərkəzlərinin İran tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirib. Görüşdə habelə regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb. İnstitutlar arasında birgə fəaliyyət üçün koordinasiya tədbirləri razılaşdırılıb.






