media-inshot_20251218_203736950

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Respublikası Silahlı Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən Patrul.az-a verilən xəbərə görə, MN-in in Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tibb xidmətinin təşkili, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibbi xidmətlər barədə brifinq təqdim olunub.

Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və digər maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və peşəkar hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd olunub.

Görüşdən sonra Polşa nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib, yaradılan şəraitlə yaxından tanış olub.

media-6944163078a8b6944163078a8c17660698086944163078a896944163078a8a_1766072398 media-694416307273b694416307273c176606980869441630727376944163072739_1766072397 media-694416307eabd694416307eabe1766069808694416307eabb694416307eabc_1766072397 media-694416306a1af694416306a1b01766069808694416306a1ad694416306a1ae_1766072398


Bənzər xəbərlər